Suriya və İraq arasında əl-Bukəmal sərhəd terminalı açılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349724-suriya_və_İraq_arasında_əl_bukəmal_sərhəd_terminalı_açılıb
Əl-Bukəmal bölgəsində Suriya-İraq sərhəd terminalı açılıb. Bu açılış iki ölkənin ticarət mübadilələrinə rövnəq verib, iqtisadi cəhətlərə malik olmaqdan əlavə, çoxlu sayda siyasi mesajları da əhatə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2019 13:52 Asia/Baku
  • Suriya və İraq arasında əl-Bukəmal sərhəd terminalı açılıb
    Suriya və İraq arasında əl-Bukəmal sərhəd terminalı açılıb

Əl-Bukəmal bölgəsində Suriya-İraq sərhəd terminalı açılıb. Bu açılış iki ölkənin ticarət mübadilələrinə rövnəq verib, iqtisadi cəhətlərə malik olmaqdan əlavə, çoxlu sayda siyasi mesajları da əhatə edir.

Təkfirçi terrorçuları məğlub etmək üçün kəsərli bir silah kimi xalqların birliyi və qardaşlıq prinsipini həyata keçirmiş Suriya və İraq hökumətləri beş ildən sonra özlərinin ilk müştərək sərhəd keçidlərini yenidən açıblar.

Müsahibə: Bu keçidin açılışı siyasi cəhətdən hərtərəfli bir qələbədir.

Bir qrup Suriya rəsmisi ilə İraqa gedərək, bu keçidin açılışı mərasimində iştirak edən Suriyanın daxili işlər naziri Muhəmməd Rəhmun deyib:

Müsahibə: Suriya və İraq ordularının canfəşanlıqları, eləcə də müqavimət döyüşçülərinin rəşadətləri sayəsində bu gün bu sərhəd terminalının yenidən açılmasının şahidiyik və bunun özü terrorizm üzərində real bir qələbədir.

İralqı rəsmilərin sözlərinə görə, əl-Bukəmal əl-Qaim strateji keçidi, müsafirlərin və iş adamlarının gediş-gəlişi üçün nəzərdə tutulub və ümid edilir, onun işlə salınması ilə Dəməşq-Bağdad ticarət mübadilələri diqqətəlayiq bir sıçrayışa malik olacaqdır ki, səkkiz il bundan öncəki on milyard dollarlıq bir rəqəmə çatmış olsun.

Müsahibə: Bu keçidin açılması iki ölkənin xalqları üçün çox vacib olan bir məsələdir. Bu da yalnız iqtisadi cəhətlərə təsir göstərməyəcək, eyni zamanda iki xalqın terrorçulara və onların himayədarlarına qarşı həmrəyliyi və əməkdaşlığını əks etdirmək üçün bir zəmin olacaqdır.

Düşmənlərin xəbisliklərinə rəğmən, bu sərhəd keçidinin bu gün yenidən açılması İran, Suriya və İraq ordularının baş komandanlarının özlərinin Dəməşqdəki son iclaslarında çıxardıqları qərarların real təcəssümüdür.

Bu gün müqavimət halqaları Tehrandan Bağdada, Dəməşqə, Beyruta və Qəzzəyədək qovuşub. Bu gün düşmənlərin müqavimət mehvərinə qarşı fitnəsi uğursuz qalıb və müqavimət mehvəri bölgədə üstün mövqeyə malikdir.