Səud muzdurlarının hərbi sursatları yəmənlilərin ixtiyarında
-
Səud muzdurlarının hərbi sursatları yəmənlilərin ixtiyarında
Yəmənin ordusu və xalq komitələri qüvvələri səud muzdurlarından minlərlə nəfəri əsir almaqdan əlavə, bu muzdurlardan avtomobillər, həmçinin müxtəlif təchizat, silah və sursatlara şamil olan çoxlu sayda hərbi qənimətlər əldə ediblər.
Düşməndən alınmış qənimətlər müxtəlif avtomobillər və hərbi təchizatlara şamil olur. Bu təchizat və sursatları səud ordusunun qüvvələri və onlara aldanmış muzdurlar qoyub gediblər.
Təcavüzkar səud koalisiyası qüvvələrinin ikiqat diferensial avtomobillərin Yəmən ərazisinə idxal edilməsinə mane olduqları zamandan bəri bu, Yəmənə daxil olan ən iri həcmli ikiqat diferensial avtomobillərdir. Bu avtomobillər gömrüyün nəzarəti ilə Yəmənə daxil olmayıbdır. Onlar ərəbistana məxsus olan nömrələrlə Yəmənə daxil olublar. Gördüyünüz bu qədər avtomobil Yəmənin ordusu və xalq komitələri qüvvələrinin əlinə keçib və yalnız əvvəlkindən fərqi budur ki, onun sürücüsü səud muzdurundan yəmənli mübarizə çevrilibdir.
“Nəsri Min Əllah” əməliyyatı yəmənlilərin düşmənin təcavüzünün ilk günündən başladıqları strateji səbir etaplarından biri və düşmənə vurulan digər bir ölümcül şillədir. Bu əməliyyat həm də üçüncü etap üçün möhkəm bir platforma olacaqdır ki, o da məhz Yəmən xalqı və onun Yəmənin ordusu və xalq komitələrindən olan azadə qüvvələri üçün qələbənin reallaşmasıdır.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii deyib: Bu əməliyyat düşmən qüvvələrindən iki mindən çox nəfərin əsir alınması ilə nəticələndi ki, təəssüflə, onların arasında uşaqlar da vardır. Düşmən yəmənli uşaqlardan Cazan, Əsir və Nəcran cəbhələrindəki təcavüzlərində istifadə edir. Əsirlərin çoxu mühasirə edildikdən və qırıcıların hücumlarına məruz qaldıqdan sonra özünü könüllü şəkildə bizim qüvvələrə təslim edibdir.