Yəmənli qadınların toplantısı
-
Yəmənli qadınların toplantısı
Yəmənli qadınlar bir aksiya keçirərək, səud rejiminin cinayətlərini pisləyib və bu rejimin onların ölkələrinə hücumu qarşısında müqavimətinin davam etməsini vurğulayıblar.
Yəmənli qadınlar bu ölkənin ordusu və xalq komitələri qüvvələrinin səud təcavüzkarlarına ağır zərbələr endirdikləri zəfərli “Nəsri Min Əllah” əməliyyatından sonra bir mərasimdə öz şadlıq və qürurlarını dünya xalqlarına elan etdilər.
m.q- Qəti şəkildə demək olar ki, “Nəsri Min Əllah” əməliyyatı Allah-Taala tərəfindən əta edilən bir qələbə idi. Allah-Taala bu əməliyyatda bizə kömək etdi. Bu əməliyyatda bizim mübarizlərimiz, kişilərimiz və komandirlərimizin imanının dərinliyi aşkar oldu. Onların əlləri ilə möcüzələr həyata keçdi ki, heç bir hərbi akademiya onu şərh edə bilməz.
Yəmənli qadınlar vurğuladılar: “Nəsri Min Əllah” əməliyyatı ötən beş il ərzində səud cəlladlarının əlləri ilə yəmənli uşaq və qadınların nahaqcasına axıdılmış qanlarının qələbəsinin nişanəsidir.
Bu böyük toplantının iştirakçıları yəmənli döyüşçülərdən istədilər ki, düşmənlərə qarşı hücumları genişləndirməklə Yəmənin mühasirəsinə son qoysunlar.
m.q- Nəcran istiqamətində həyata keçirilən “Nəsri Min Əllah” əməliyyatında Allah-Taala yəmənli mübarizlərə kömək edərək, onlara qələbə nəsib etdi. Onlar uşaq və qadınların qanlarının intiqamını təcavüzkarlardan aldılar. Onlar hər gün Yəməndə törədilən qırğınların intiqamını aldılar.
Bu toplantı öz həyat yoldaşları və övladlarını işğalçılar qarşısında müdafiə yolunda itirmiş qadınların qəhrəmanlığıdır. Yəmənin xalqı və qadınları “Nəsri Min Əllah” əməliyyatını ilahi vədin, həmçinin Allah-Taalanın ötən beş il ərzində mühasirə, bombardman, aclıq və xəstəliyə dözərək, müqavimət göstərmiş məzlumlara arxa durmasının nişanəsi hesab edirlər.