Ərəbistan və BƏƏ Amerikanın maraqları istiqamətində hərəkət edirlər
-
Ərəbistan və BƏƏ Amerikanın maraqları istiqamətində hərəkət edirlər
Livan Hizbullahının baş katib müavini bildirib ki, ərəbistan və əmirliklər Amerikanın və sionist rejimin bölgədəki xidmət qollarıdırlar.
Şeyx Nəim Qasim Əlcəzirə telekanalı ilə müsahibədə sonra bildirib ki, əmirliklər də ərəbistan kimi bölgədə mənfi rol oynayır. O, əlavə edib: Bölgədə hər bir savaş bir ölkə ilə məhdudlaşmayacaq və bütün regionu öz təsiri altına alacaqdır.
Livan Hizbullahının baş katib müavini həmçinin İran-ərəbistan münasibətlərinə işarə edərək deyib: Hizbullah bu qənaətdədir ki, ərəbistan və İran bölgə və Fars Körfəzinin təhlükəsizliyi barədə danışıqlar apararlarsa, razılığa çatarlar, lakin ərriyad indiyədək müzakirə masası arxasına keçməkdən çəkinibdir.
Şeyx Nəim Qasim əlavə edib: Ərəbistan istəyir ki, Amerika İrana qarşı planından bəhrələnsin, halbuki bu plan heç vaxt nəticə verməyəcəkdir.