Korrupsiya üstündə min iraqlı dövlət işçisi kənarlaşdırılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349878-korrupsiya_üstündə_min_iraqlı_dövlət_işçisi_kənarlaşdırılıb
İraqda korrupsiya ilə mübarizə üzrə ali şura dünən bu ölkənin baş naziri Adil Əbdulməhdinin iştirakı ilə keçirilən iclasda korrupsiya və dövlət əmlakını dağıtmaq səbəbindən min dövlət işçisinin kənarlaşdırılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2019 04:39 Asia/Baku
  • Korrupsiya üstündə min iraqlı dövlət işçisi kənarlaşdırılıb
    Korrupsiya üstündə min iraqlı dövlət işçisi kənarlaşdırılıb

İraqda korrupsiya ilə mübarizə üzrə ali şura dünən bu ölkənin baş naziri Adil Əbdulməhdinin iştirakı ilə keçirilən iclasda korrupsiya və dövlət əmlakını dağıtmaq səbəbindən min dövlət işçisinin kənarlaşdırılmasından xəbər verib.

Korrupsiyaya görə minlərlə İraqlı işçinin işdən çıxarılması elə bir haldadır ki, korrupsiyaya qarşı mübarizə, xidmətin yaxşılaşdırılması və məşğulluğun artırılması bazar ertəsi günündən bəri küçələrə çıxan iraqlı etirazçıların tələblərindəndir.

Əsas məqsədləri İraq xalqının tələbləri deyil, xaos yaratmaq olan etirazçılardan bəziləri nümayişləri zorakılığa çevirməyə çalışıblar.

Faktlar göstərir ki, nümayişlər təbii surətdə formalaşmayıb və onların meydana gəlməsində əcnəbilərin rolu olubdur.
Deyilənlərə görə, İraqdakı nümayişlərlə bağlı twitter-də verilən mesajların 79% -i səudiyyə istifadəçilərinə aid olubdur.