Ərəbistanla dialoqu alqışlayırıq
-
Ərəbistanla dialoqu alqışlayırıq
İran İslam Şurası Məclisinin sədri vurğulayıb: Sevindirici haldır ki, səudlar bölgə problemlərinin dialoq yolu ilə həll edilməli olduğunu başa düşüblər. Buna görə, biz Ərəbistanla dialoqu alqışlayırıq.
Əli Laricani Əlcəzirə telekanalı ilə eksklüziv müsahibədə deyib: İranın qapıları ərəbistanla danışıqlar üçün həmişə açıqdır və biz iki ölkə arasındakı məsələlərin həlli üçün bir yol tapmalıyıq.
Laricani vurğulayıb: Biz, İranla danışıqlar aparmaq istədiyini bildirən ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın sözlərini alqışlayırıq.
İran İslam Şurası Məclisinin sədri vurğulayıb: Əgər səudlar Amerikaya arxalanmaq yerinə, dialoqa diqqət yetirərlərsə, həll yoluna çata bilərlər.
Əli Laricani əlavə edib: Ərəbistan vəliəhdi danışdığı siyasi həll yolunu açıqlamalıdır. O, həmçinin belə qeyd edib: Bütün bölgə ölkələri əmindirlər ki, hərbi seçim bir problemi həll etməyəcək və savaşın genişlənməsinə səbəb olacaqdır.
Laricani deyib ki, İran daim islami ölkələrlə siyasi və iqtisadi münasibətlərin yaradılmasına inanır. O, əlavə edib: İran bütün islami ölkələrlə həmkarlığı alqışlayır.
Laricani deyib: Biz danışıqlar üçün şərtlər təyin etmək niyyətində deyilik və biz bölgə problemlərinin həlli üçün istənilən dialoqla müvafiqik.
Laricani əlavə edib: Bizim region ölkələrinin təhlükəsizliklərinin təmin edilməsi üçün planımız var və onu izləyirik. Yəmən xalqı İranla həmkarlıq seçimini seçib. Yəmənin Ənsarullah qüvvələri öz ölkələrini müdafiə etmək haqqına malikdirlər.
İran İslam Şurası Məclisinin sədri vurğulayıb: Əgər ərəbistan atəşkəsə inanırsa, biz də tərəfləri ona sadiq qalmağa çağırırıq.
Laricani belə qeyd edib: Yəmənlilər daima savaşlarda İranın dəstəyi olmadan qalib gəliblər. Zira onlar öz vətənlərini müdafiə edirlər.
Laricani əlavə edib: Biz bölgə ölkələri üçün şərtlər qoymamışıq və bizim Oman, Qətər və Küveytlə əlaqələrimiz yaxşıdır.