Səudiyyə ərəbistanı Ənsarullah hərəkatının təklifini araşdırır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349935-səudiyyə_ərəbistanı_Ənsarullah_hərəkatının_təklifini_araşdırır
Ərəbistan Yəmən Ənsarullah hərəkatının bu ölkədə bir növ atəşkəs barədə təklifini nəzərdən keçirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2019 05:28 Asia/Baku
  • Səudiyyə ərəbistanı Ənsarullah hərəkatının təklifini araşdırır
    Səudiyyə ərəbistanı Ənsarullah hərəkatının təklifini araşdırır

Ərəbistan Yəmən Ənsarullah hərəkatının bu ölkədə bir növ atəşkəs barədə təklifini nəzərdən keçirir.

Yəmənin Ənsarullah hərəkatı iki həftə əvvəl, ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə hücumunu dayandıracağı təqdirdə, yəmənlilərin ərəbistana qarşı raket və PUA hücumlarının da dayanacağı barədə bir təklif irəli sürmüşdü.

Bu təklifdən iki həftə keçsə də ali-səud hökuməti tərəfindən onu qəbul və ya rədd etməsi ilə bağlı rəsmi cavab gəlməyib, lakin səudiyyə ərəbistanındakı diplomatik və hərbi mənbələr Ər-Riyadın bu planı alqışladığını və uzun sürən müharibəyə son qoymaq üçün həmin təklifi nəzərdən keçirdiyini bildiriblər.

ABŞ-ın və bir neçə ərəb ölkəsinin, o cümlədən əmirliklərin dəstəklədikləri ərəbistan 2015-ci ilin mart ayından etibarən Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə bu ölkəyə hücum etdi, lakin bu ölkəyə qarşı hava hücumlarına və hərtərəfli mühasirəyə rəğmən, məqsədlərindən heç birinə çatmayıbdır.