Əfqanıstanın Hərat vilayətinin kəndləri Talibanın işğalından azad ediliblər
-
Əfqanıstanın Hərat vilayətinin kəndləri Talibanın işğalından azad ediliblər
Əfqanıstanın təhlükəsizlik qüvvələri bu ölkənin qərbində yerləşən Hərat vilayətində Taliban qrupuna qarşı əməliyyat keçirirlər. Bu əməliyyat zamanı on ildən sonra vilayətin səkkiz kəndi həmin qrupun işğalından çıxarılıb.
Hərat vilayətinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, iki gün bundan öncə başlanmış əməliyyat davam edir. Zira vlayətin müəyyən bölgələri hələ də Talibanın əlindədir və onların geri alınması qarşıya məqsəd qoyulub.
Bu əməliyyatda Taliban qrupu ağır tələfata düçar olub, amma tələfatın detalları haqda bir məlumat əldə olunmayıbdır.
Hərat valisi Əbdulqəyyum Rəhimi bu barədə belə deyib: Təhlükəsizlik qüvvələrinin əməliyyatında Talibanın bəzi sənəd və imkanları əldə olunub. Pakistan şəxsiyyət vəsiqələri də mövcuddur.
Azad edilən kəndlərin sakinləri Taliban-çıların bu kəndlərdə uşaqların məktəbə getmələrinin qarşısını aldıqlarını söyləyiblər.