İraqda komendant saatı ləğv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349939-İraqda_komendant_saatı_ləğv_edilib
İraqın baş naziri bir açıqlamada geniş aksiyalara görə, bu ölkənin bəzi məntəqələrində tətbiq olunmuş komendant saatını ləğv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2019 09:58 Asia/Baku
  • İraqda komendant saatı ləğv edilib
    İraqda komendant saatı ləğv edilib

İraqın baş naziri bir açıqlamada geniş aksiyalara görə, bu ölkənin bəzi məntəqələrində tətbiq olunmuş komendant saatını ləğv edib.

İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Adil Əbulməhdi göstəriş verib ki, bu ölkədə komendant saatı şənbə günü səhər saat beşdən ləğv edilsin.

Adil Əbulməhdi iraqlı etirazçılara vəd edibdir ki, onların qanuni tələblərinə cavab verəcək.

Belə bir halda, İraqın cari olaylarını araşdırmaq məqsədilə dünən gecə Adil Əbulməhdinin sədrliyi ilə bu ölkənin təhlükəsizlik rəsmilərinin iclası keçirilib.

İraqın müdafiə naziri Nəcac əl-Şimri və daxili işlər naziri Yasin əl-Yasəri bu iclasda iştirak ediblər.

İclasda İraq olayları, xüsusən son nümayişlərə nəzər salınıb.

İraqın bəzi vilayətləri, o cümlədən Bağdad, son günlər dövlət xidmətlərinin qeyri-münasib vəziyyətinə, iş imkanlarının olmamasına və korrupsiyaya qarşı etiraz nümayişlərinin şahidi olub. Bu aksiyalar bir qrup ünsürün müdaxiləsilə şübhəli şəkildə zorakılığa çevrilib. Nəticədə indiyədək 48 nəfər həlak olub.

İraq İslami Hərəkatının məsul şəxslərindən olan Husəyn əl-Əsədi cümə axşamı vurğulayıb ki, Bağdadın siyasətlərindən narazı olan Amerikia hökuməti İraqdakı son iğtişaşlarda rol oynayıbdır.

Faktlar göstərir ki, bu nümayişlər təbii olmayıb və onların formalaşmasında əcnəbilərin rolu olubdur.

Deyilənlərə görə, İraqdakı nümayişlərlə bağlı twitter-də verilən mesajların 79% -i səudiyyə istifadəçilərinə aid olubdur.