BMT-nin Yəməndəki acınacaqlı vəziyyətə laqeydliyi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349944-bmt_nin_yəməndəki_acınacaqlı_vəziyyətə_laqeydliyi
Səudların Yəməndə məğlubiyyəti qəbul etməkdən başqa bir yolları yoxdur. Amerikanın himayəsilə Yəmənə hücum edərək, bu ölkənin günahsız xalqını mühasirə etmiş səudlar Yəməndə bir hədəfə çatmayıblar. BMT yalnız bu oyuna tamaşa edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2019 14:08 Asia/Baku
  • BMT-nin Yəməndəki acınacaqlı vəziyyətə laqeydliyi
    BMT-nin Yəməndəki acınacaqlı vəziyyətə laqeydliyi

Səudların Yəməndə məğlubiyyəti qəbul etməkdən başqa bir yolları yoxdur. Amerikanın himayəsilə Yəmənə hücum edərək, bu ölkənin günahsız xalqını mühasirə etmiş səudlar Yəməndə bir hədəfə çatmayıblar. BMT yalnız bu oyuna tamaşa edir.

Amerikada ümumi fikrin böyük bir hissəsi Yəməndə baş verənlərdən xəbərdar olub.

Bu anti-müharibə fəalı deyir: Ərəbistan hökuməti Amerikaya arxalanmaqla Yəməndə meydan sulayır.

Və ya Nyu-York universitetinin müəllimi Daniyel Şav bu qənaətdədir:

Yəmən macərasında Amerika xalqı başa düşdü ki, beynəlxalq sülhə qarşı ən böyük təhdid, Amerikanın özüdür.

BMT-də sözçü Ducarrik deyir: Yəmən xalqı hələ də mühasirədədir və xəbərdarlıq edir.

BMT Baş Məclisində İranın bu təşkilatdakı səfiri Ale-Həbib fəal rol oynamaq istəyir. O həm də istəyir ki, Yəməndəki bu qədər faciəyə təkcə tamaşa etməsin.

Amerikada medialar deyirlər ki, səudlar məğlub olduqlarını daha tez qəbul etsinlər. Yoxsa onlara qarşı təhlükəsizlik təhdidi artacaqdır.

Əlbəttə, yazıçı və analitik, doktor Alomari demişkən:

Müsahibə: Səudlar Yəmən böhranı üçün heç bir həll yolu təqdim etməyiblər, amma ağıllıları bu nəticəyə gəliblər ki, bu bataqlıqdan çıxmalıdırlar.

BMT deyir ki, hər on dəqiqədən bir yəmənli uşağın həyatını itirməməsi üçün pula ehtiyacı var.

Təəssüf ki, vəziyyət qəribədir. BMT yəmənli uşaqlara kömək etmək üçün Yəməni bombalayan ölkələrdən pul almağa çalışır.