Haaretz: Tramp, Netanyahu və Bin Salmanın anti-İran koalisiyası sarsılıbdır
Okt 05, 2019 14:45 Asia/Baku
-
Haaretz: Tramp, Netanyahu və Bin Salmanın anti-İran koalisiyası sarsılıbdır
Bir sionist qəzet ABŞ prezidenti, sionist rejimin baş naziri və səudiyyə vəliəhdinin başlarının daxili problemlərə qarışdığına görə, onların anti-İran koalisiyasının sarsılmasına işarə edib.
"Haaretz" qəzeti yazıb ki, indi Benyamin Netanyahu, Donald Tramp və Məhəmməd bin Salman özlərinin əlverişsiz şəraitləri üzərində təmərküzləşərək, İran üzərindəki diqqətlərini itiriblər.
"Haaretz"in yazdığına görə, Trampın Amerikanı İranla nüvə anlaşmasından çıxarmasından il yarım sonra Amerika prezidentinin başı müxtəlif məsələlərə qarışıb. Netanyahu mühakimə və qanuni problemlərlə əlbəyaxadır. Səud vəliəhdi də zəif bir siyasət yürüdür və Camal Qaşıqçının qətlinin ildönümündə ərəbistan bir daha beynəlxalq tənqidlərlə üzləşibdir.