İraq hökumətindən xalqın iqtisadi durumunun yaxşılaşması üçün himayə paketləri
-
İraq hökumətindən xalqın iqtisadi durumunun yaxşılaşması üçün himayə paketləri
İraq parlamentinin sədri dünən iraqlı etirazçıların nümayəndələrilə görüşdən sonra bir mətbuat konfransında deyib ki, bu ölkənin hökuməti iqtisadi şəraitin və məşğulluq vəziyyətinin yaxşılaşdırılması üçün qərarlar qəbul edib.
Muhəmməd əl-Həlbusi qeyd edib ki, İraq hökuməti evsiz insanlara faizsiz kreditlər vermək niyyətindədir.
İraq parlamentinin sədri İraq hökumətinin 100 min mənzil sahəsi inşa etmək qərarını da açıqlayıb.
Muhəmməd əl-Həlbusi İraqın kənd təsərrüfatı sektorunun dəstəklənməsini İraq parlamenti üçün prioritet sahə adlandıraraq, bütün iraqlı fermerlərin 2020-ci ilə qədər kirayə haqqından azad olacağını söylədi.
İraqın prezidenti Bərhəm Salih və baş naziri Adil Əbdulməhdi Əlhəlbusiyə iraqlı etirazçıların nümayəndələri ilə danışıqlar aparmağı və onların tələblərini öyrənməyi tapşırıblar.
İraqın baş naziri Adil Əbdulməhdi cümə axşamı günü gecə canlı televiziya söhbətində vurğuladı ki, hökumət xalqın tələb və istəklərinin üstündə işləyəcək.
Həmçinin Əbdulməhdinin göstərişi ilə min iraqlı işçi maliyyə və idarə pozğunluğuna görə, işdən çıxarılıb.
İraqın bəzi vilayətləri, o cümlədən Bağdad, son günlər dövlət xidmətlərinin qeyri-münasib vəziyyətinə, iş imkanlarının olmamasına və korrupsiyaya qarşı etiraz nümayişlərinin şahidi olub.
Faktlar göstərir ki, nümayişlər təbii surətdə formalaşmayıb və onların meydana gəlməsində əcnəbilərin rolu olubdur.
Deyilənlərə görə, İraqdakı nümayişlərlə bağlı twitter-də verilən mesajların 79% -i səudiyyə istifadəçilərinə aid olubdur.