Bağdadın Sədr qəsəbəsinə bir neçə mərmi atılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349978-bağdadın_sədr_qəsəbəsinə_bir_neçə_mərmi_atılıb
Bağdadın Sədr qəsəbəsinə bir neçə mərminin atılması və bu qəsəbədə atışma barədə məlumat yayılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2019 08:47 Asia/Baku
  • Bağdadın Sədr qəsəbəsinə bir neçə mərmi atılıb
    Bağdadın Sədr qəsəbəsinə bir neçə mərmi atılıb

Bağdadın Sədr qəsəbəsinə bir neçə mərminin atılması və bu qəsəbədə atışma barədə məlumat yayılıb.

Rusiyanın "Russia Today" telekanalı bildirib ki, dünən gecə Bağdadın Sədr qəsəbəsinə qarşı mərmi hücumlarında azı 20 nəfər ölüb və yaralanıbdır.

Qeyd edək ki, ötən çərşənbə axşamı günündən İraqın müxtəlif şəhərlərində beş gün aksiya və çaxnaşmadan sonra Bağdadda vəziyyət nisbətən sakitləşmişdi.

İraq mediaları bildiriblər ki, Bağdadda və bu ölkənin digər bölgələrində atışmalar fitnə törətmək məqsədilə həyata keçirilir.