Səud rejiminin təcavüzünün tam şəkildə dayandırılması yəmənlilərin atəşkəsi qəbul etmək üzrə şərtidr
-
Səud rejiminin təcavüzünün tam şəkildə dayandırılması yəmənlilərin atəşkəsi qəbul etmək üzrə şərtidr
Yəmən Əsarullah hərəkatının siyasi bürosunun üzvü səud rejiminin təcavüzünün tam şəkildə dayandırılmasını yəmənlilərin atəşkəsi qəbul etmək üzrə şərti kimi irəli sürüb.
Yəmən Əsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd əl-Buxəiti əl-Məyadin telekanalı ilə müsahibədə deyib: Heç vaxt Yəmən tərəfindən tam atəşkəs qarşılığında ərəbistanın hava hücumlarının məhdud şəkildə dayandırılması kimi plan ilə razılıq olmayacaq.
Əlbuxəiti əmirliklərin Yəməndəki yeni hərəkətləri barədə xəbərdarlıq edərək, deyib ki, əbu-dəbi öz qüvvələrini tam şəkildə Yəməndən çıxarmalıdır.
Yəmən Əsarullah hərəkatının bu rəsmisi bildirib ki, əmirliklərin yüz ədəd zirehli avtomobili və artilleriyası Təizə daxil olub. O, əlavə edib: Əmirliklər Təizdə öz yerini möhkəmlətmək niyyətindədir və bu məsələ onun Yəməndən çıxmaq barədəki öncəki qərarı ilə təzad təşkil edir.
Əlbuxəiti deyib: Əmirliklərin bu addımları Amerikanın nəzarəti altında atılır və döyüş qaydaları heç vaxt dəyişməyəcəkdir.
Yəmən Əsarullah hərəkatının siyasi bürosunun üzvü vurğulayıb: Yəmən ali siyasi şurası sədrinin sülh təşəbbüs planı icra olunmazsa, ərəbistanın əmirliklərin içərilərinə hava və raket hücumları bərpa ediləcək.
Əmirliklər son zamanlar Yəmənə silah köçürüb, qüvvələr göndərərək, bu ölkənin cənub-qərbində yerləşən Təiz əyalətində yeni döyüşə başlamaq üçün özünü təchiz etməkdədir, halbuki ərəbistanın Yəmənə qarşı hücumları azaltmaq təmayülü barədə xəbərlər yayılıbdır.