Yəmən xalqı Əlhudəydə şəhərində geniş aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349993-yəmən_xalqı_Əlhudəydə_şəhərində_geniş_aksiya_keçirib
Yəmən xalqı yanacaq və ərzaq daşıyan gəmilərin müsadirə olunmasına etiraz olaraq Əlhudəydə şəhərində aksiya keçirib və təcavüzkarların hərəkətlərini hərbi cinayət adlandırıbdır. Onlar beynəlxalq dairələrin, xüsusən BMT baş katibinin susmasını tənqid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2019 18:15 Asia/Baku
  • Yəmən xalqı Əlhudəydə şəhərində geniş aksiya keçirib
    Yəmən xalqı Əlhudəydə şəhərində geniş aksiya keçirib

Yəmən xalqı yanacaq və ərzaq daşıyan gəmilərin müsadirə olunmasına etiraz olaraq Əlhudəydə şəhərində aksiya keçirib və təcavüzkarların hərəkətlərini hərbi cinayət adlandırıbdır. Onlar beynəlxalq dairələrin, xüsusən BMT baş katibinin susmasını tənqid ediblər.

“Yanacaq və ərzaq daşıyan gəmilərin müsadirə olunması bir cinayət və soyqırımıdır” şüarı ilə keçirilən bu aksiyanın iştirakçılarının əllərindəki posterdə belə qeyd olunmuşdu: BMT-nin baş katibi Antonio Quterreşin səudların Yəməndəki cinayətləri qarşısında susmasının səbəbi, ərəbistanın ona ödədiyi dollarlardır.

Digər tərəfdən, təcavüzkar səud qırıcıları Yəmənin Əlhudəydə əyalətinin Əssəlif rayonunun Ələrc bölgəsində bir yük maşınını bombalayıblar.

Bundan öncə Yəmənin səhiyyə nazirliyi bildirmişdi ki, səud koalisiyası Yəmənin quru, dəniz və hava mühasirəsini davam etdirir və bu hərəkət aviahücumların kənarında səhiyyə şəraitini ağırlaşdırıbdır.