Yəmənli döyüşçülərin müqavimət cilvələri
-
Yəmənli döyüşçülərin müqavimət cilvələri
Yəmənlilər minimum hərbi təchizatlarla maksimum şücaət nümayiş etdirməkdədirlər və nümayiş etdirdikləri fədakarlıq nümunələri ilə qələbəyə inam hissini gün gündən gücləndirirlər.
Hər şeyin bahası var, qələbənin bahası isə candan keçməkdir. Yəməndə mücahidlər öz yurdlarını müdafiə uğrunda ən gözəl igidlik səhnələrini yaradırlar və kəramətlərini qorumaq üçün şəhadət yolunda biri-biri ilə ötüşürlər.
Yəmənli döyüşçü: Şəhidlərimizin cənazələrini çiyinlərimiz üstündə daşıyırıq. Bu şəhidləri ürəyimizdə yaşadırıq və Allahın istəyi ilə şəhidlərimiz, Allahımız və Allahın peyğəmbəri və imam Əli qarşısında abrımızı qoruyuruq.
Bu videolar döyüş cəbhələrində çəkilib, bir mücahidin şəhid olmuş silahdaşına sədaqətini göstərir, fəryad qoparan silahdaş öz şəhid dostuna sadiq qaldığını, onun qanından keçməyəcəyini bağırır və bir neçə gündən sonra da bu yolda mücahid silahdaşına qovuşur, Allahın yolunda şəhid olur.
Yəmənli : Bu zalım savaşda torpağımız və namusumuzu müdafiə üçün canımızdan, malımızdan və hər nəyimizdən keçməliyik ki, təcavüzkar səudiyəlilər və onların muzdluları kimi zalımlardan intiqam ala bilək.
Yəməndə şəhidlər karvanı nəinki kədərə səbəb olmur hətta xalq arasında iftixar və razılıq hissi yaradır. Bu əhval-ruhiyə səbir və qələbədə təsirli amillərdən biridir, iman və şücaət Allaha təvəkkül etməklə insanın ürəyində yer alır və belə şəraitdə zülmə qarşı susmaq mümkünsüzdür məhz buna görə də yəmənlilər hər gün şəhidlər təqdim edirlər və bu fədakarlıqların qəti nəticəsinin qələbə olacağından əmindirlər.
YƏMƏNLİ DÖYÜŞÇÜLƏRİN FƏDAKARLIQ NÜMUNƏLƏRİ