Səud koalisiyası Əlhudəydəyə mərmi hücumu edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350131-səud_koalisiyası_Əlhudəydəyə_mərmi_hücumu_edib
Təcavüzkar səud koalisiyası dünən gecə bir daha atəşkəsi pozaraq, Yəmənin qərbində yerləşən Əlhudəydə şəhərindəki yaşayış massivlərini mərmi hücumlarına məruz qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2019 05:41 Asia/Baku
  • Səud koalisiyası Əlhudəydəyə mərmi hücumu edib

Təcavüzkar səud koalisiyası dünən gecə bir daha atəşkəsi pozaraq, Yəmənin qərbində yerləşən Əlhudəydə şəhərindəki yaşayış massivlərini mərmi hücumlarına məruz qoyub.

Yəmənin Əlməsirə telekanalı bildirib ki, səud təcavüzkarları və onların muzdurları Əlhudəydənin müxtəlif bölgələrinə tərəf beş mərmi atıblar.

Bu hücumun tələfat və xəsarəti barədə hələ bir məlumat yayılmayıbdır.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri dünən bildirib ki, təcavüzkar səud koalisiyası indiyədək 30597 dəfə Əlhudəydədə atəşkəsi pozubdur.

İsveçin Stokholm şəhərində Səna və Ərriyaddan göndərilmiş nümayəndə heyətləri arasında razılaşdırılmış atəşkəs 2018-ci ilin 18 dekabrı səhər tezdən Yəmənin qərbində yerləşən Əlhudəydə şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərildiyi ən əsas yoldur.

İndiyədək Yəmən savaşına son qoymaq üçün müəyyən fəaliyyətlər göstərilib, amma hər dəfə ərəbistanın və onun müttəfiqlərinin sabotajı ilə dalana dirənibdir.