Seyyid Həsən Nəsrullah: Amerikaya bel bağlayacaq hər kəs alçalacaq
Okt 09, 2019 06:46 Asia/Baku
Livan Hizbullahının baş katibi dünən gecə bir Aşura məclisində deyib: Amerikalılar kürdləri bir göz qırpımında buraxdılar və Amerikaya bel bağlayacaq hər bir kəsin müqəddəratı belə olacaqdır.
Seyyid Həsən Nəsrullah söyləyib: Amerikalılar öz müttəfiqlərini qorumurlar və müqavilələrə hörmət etmirlər. Buna görə, onlara ümid bəsləmək olmaz və bu halda onun nəticəsi alçalma və çarəsizlik olacaqdır.
Livan Hizbullahı baş katibinin çıxışı məhərrəm ayının onundan etibarən, hər çərşənbə axşamı günü gecə Ərbəin gününədək davam edəcək.