24 min köçkün ailəsi ağır şəraitdə yaşayır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350199-24_min_köçkün_ailəsi_ağır_şəraitdə_yaşayır
«Hazırda təxminən 24 min məcburi köçkün ailəsi Azərbaycan Respublikasında ağır şəraitdə yaşayır».
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2019 15:33 Asia/Baku
  • 24 min köçkün ailəsi ağır şəraitdə yaşayır
    24 min köçkün ailəsi ağır şəraitdə yaşayır

«Hazırda təxminən 24 min məcburi köçkün ailəsi Azərbaycan Respublikasında ağır şəraitdə yaşayır».

«Report» xəbər verir ki, bunu, oktyabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin məcburi köçkünlər yataqxanalarda, bağçalarda, sanatoriyalarda yaşayırlar.

O vurğulayıb ki, bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək, məcburi köçkünlərin istifadəsinə veriləcək.

Oktyabrın 8-də məcburi köçkünlərə salınan «Qobu Park-2» yaşayış kompleksinin açılışı zamanı insident yaşandığı bildirilir.