Yəmən iki min əsir mübadiləsi barədə səud koalisiyasına təklif verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350265-yəmən_iki_min_əsir_mübadiləsi_barədə_səud_koalisiyasına_təklif_verib
Yəmənin Əsirlərin İşləri üzrə Milli Komitəsinin sədri Əbdulqadir əl-Murtəza bu ölkənin milli qurtuluş hökumətinin təcavüzkar səud koalisiyası ilə iki min əsiri mübadilə etməyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2019 05:35 Asia/Baku
  • Yəmən iki min əsir mübadiləsi barədə səud koalisiyasına təklif verib
    Yəmən iki min əsir mübadiləsi barədə səud koalisiyasına təklif verib

Yəmənin Əsirlərin İşləri üzrə Milli Komitəsinin sədri Əbdulqadir əl-Murtəza bu ölkənin milli qurtuluş hökumətinin təcavüzkar səud koalisiyası ilə iki min əsiri mübadilə etməyə hazır olduğunu bildirib.

Əbdulqadir əl-Murtəza tvitter-də yazıb: Yəmən milli qurtuluş hökuməti bu mübadiləni gələn həftə həyata keçirməyə hazırdır.

Yəmənlilərin ərəbistanın cənubunda yerləşən Nəcran şəhərindəki son əməliyyatında səud koalisiyasının üç min muzduru əsir alınıbdır.

“Nəsri Min Əllah” əməliyyatı yəmənlilərin ərəbistana qarşı ən böyük əməliyyatı olubdur.

Yəmənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, bu ölkənin ordusu və xalq komitələrinin müdafiə gücü günü-gündən artmaqdadır.