Suriyanın şimalında 200 min nəfər didərgin olub
-
Suriyanın şimalında 200 min nəfər didərgin olub
Türkiyə ordusunun qırıcıları Suriyanın şimalını üçüncü gün dalbadal bombalayaraq, indiyə kimi 200 min nəfəri didərgin salıblar.
Kürd mənbələr Türkiyənin hava və artilleriya hücumlarının davam etməsilə sərhəd bölgələrində məcburi köçkünlərin sayının artmaqda olduğunu bildiriblər.
Əlhəds telekanalı da Türkiyənin hava və artilleriya hücumlarının davam etməsilə Suriyanın şimalındakı Təl-Əbid və Rasuləyn böllərində iki xəstəxananın bağlanmasından xəbər verib.
Suriyanın Əl-Əxbariyyə televiziyası da Əl-Həsəkə və Qamışlı bölgələrində Türkiyənin Suriyaya təcavüzünə, həmçinin Suriyanın ada bölgəsində ABŞ-ın qanunsuz iştirakına qarşı xalq mitinqlərinin keçirilməsindən xəbər verib.
Bu Suriya telekanalı həmçinin ABŞ-ın əlli işğalçı qüvvəsinin öz təchizat və silahları ilə birlikdə Suriyanın əl-Malikiyyə bölgəsindən İraqa köçürüldüyünü bildirib.
Təkfirçi İŞİD qruplaşmasının həbs olunmuş əlli xarci üzvünün ABŞ hərbçiləri ilə birlikdə İraqa köçürüldüyü də bildirilir.