Ərəb Liqası Türkiyənin Suriyanın şimalındakı əməliyyatına reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350357-Ərəb_liqası_türkiyənin_suriyanın_şimalındakı_əməliyyatına_reaksiya_verib
Ərəb Liqasının baş katibi Türkiyənin Suriyanın şimalına hücumunu pisləyərək, onun dayandırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2019 04:24 Asia/Baku
  • Ərəb Liqası Türkiyənin Suriyanın şimalındakı əməliyyatına reaksiya verib
    Ərəb Liqası Türkiyənin Suriyanın şimalındakı əməliyyatına reaksiya verib

Ərəb Liqasının baş katibi Türkiyənin Suriyanın şimalına hücumunu pisləyərək, onun dayandırılmasını istəyib.

Əhməd Əbulqəyt dünən Ərəb Liqasının xarici işlər nazirlərinin iclasında Türkiyənin Suriyanın şimalına hücumunu pisləyərək, deyib: Türkiyə bu bölgənin əhalisinin mahiyyətində böyük dəyişiklik yaratmağa çalışır.

Ərəb Liqasının baş katibi Türkiyədən öz qoşunlarını Suriyadan çıxarmasını istəyib.

Əbulqəyt bildirib ki, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı bir ərəb ölkəsinə və onun suverenliyinə hücum sayılır və Ankara bu təhlükəli hərəkətin nəticələri barədə məsuliyyət daşıyır.

Ərəb Liqasının baş katibi əlavə edib ki, Türkiyənin Suriyanın şimalına hücumda məqsədi, bu ölkə ərazisinin bir hissəsini həmin ölkədən ayırmaqdır.

Əbulqəyt BMT Təhlükəsizlik Şurasının işə qarışması, Türkiyənin Suriyanın şimalına hücumunun dərhal dayandırılması və pislənilməsi istiqamətində beynəlxalq razılığın əldə olunması vacibliyini vurğulayıb.

Türkyə ordusu ötən çərşənbə günü sərhəd bölgəsini Ankaranın terrorçu hesab etdiyi kürd yarımhərbçilərdən təmizləmək adı altında Suriyanın şimalına hücum etdi.

Amerikanın üstüörtülü koordinasiyası ilə həyata keçirilən bu hücum dünya ictimaiyyətinin mənfi reaksiyası ilə üzləşibdir.