2019-cu ilin əvvəlindən bəri fələstinlilərə aid 600-dən çox mənzil dağıdılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354926-2019_cu_ilin_əvvəlindən_bəri_fələstinlilərə_aid_600_dən_çox_mənzil_dağıdılıb
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi-UÇA bir məlumatda bildirib ki, sionist rejim cari milad ili boyu fələstinlilərə aid 617 mənzili dağıdıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2019 05:29 Asia/Baku
  • 2019-cu ilin əvvəlindən bəri fələstinlilərə aid 600-dən çox mənzil dağıdılıb
    2019-cu ilin əvvəlindən bəri fələstinlilərə aid 600-dən çox mənzil dağıdılıb

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi-UÇA bir məlumatda bildirib ki, sionist rejim cari milad ili boyu fələstinlilərə aid 617 mənzili dağıdıb.

UÇA-nın bəyanatında deyilir ki, 2019-cu ildə dağıdılmış binaların 20 faizi atışma və toqquşmanın baş verdiyi bölgələrdə yerləşirdi.

UÇA əlavə edib: Təkcə keçən iki həftə ərzində qərb sahilində yerləşən “C” bölgəsində 29 fələstinli binası, icazəsiz tikilməsi bəhanəsilə dağıdılıb və ya onların sakinləri onu uçurmağa məcbur olublar. Bu cinayət 45 fələstinlinin didərgin düşməsi və daha yüz nəfərə zərərin dəyməsi ilə nəticələnibdir.

Sionist rejim hərbçiləri bu müddətdə qərb sahilinin müxtəlif bölgələrində 154 təftiş və həbs əməliyyatı keçiriblər. Onlar 17-si uşaq olmaqla 146 fələstinlini həbs ediblər. Qüds bu cəhətdən birinci, İsəviyyə, Ramullah və Əlxəlil isə sonrakı yerlərdə dururlar.