Öz terrorçularınızı Suriyadan geri qaytarın
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354934-Öz_terrorçularınızı_suriyadan_geri_qaytarın
Suriyanın BMT-dəki daimi nümayəndəsi Cibhətunnusrə terror qrupuna dəstək verdikləri üçün Türkiyə və Qətəri tənqid edib və Avropa ölkələrindən istəyibdir ki, öz terrorçularını Suriyadan çıxarsınlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2019 09:57 Asia/Baku
  • Öz terrorçularınızı Suriyadan geri qaytarın
    Öz terrorçularınızı Suriyadan geri qaytarın

Suriyanın BMT-dəki daimi nümayəndəsi Cibhətunnusrə terror qrupuna dəstək verdikləri üçün Türkiyə və Qətəri tənqid edib və Avropa ölkələrindən istəyibdir ki, öz terrorçularını Suriyadan çıxarsınlar.

Bəşşar Əlcəfəri BMT Baş Məclisinin sessiyasında bu təşkilatın 2020-ci ildəki ümumi büdcəsi haqda həmçinin deyib ki, terrorizmə dəstək verən ölkələr daima BMT-dən sui-istifadə edərək, saxta ittihamlar irəli sürür və Suriyaya ittihamlar vururlar.

Suriyanın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, BMT, təsis olunduğu zamandan bəri güclü ölkələrin maraqları istiqamətində addım atıbdır.

Suriya böhranı Ərəbistanın, ABŞ-ın və müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumları və region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək məqsədi ilə 2011-ci ildən başlandı.

Suriya ordusu son zamanlar İranın hərbi məsləhətləri və Rusiyanın himayəsilə bu ölkədə İŞİD terror qrupunun işini bitirə bildi.

Digər terror qrupları da məğlub olmaqdadırlar.