Amerika İraqın suverenliyini pozub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355177-amerika_İraqın_suverenliyini_pozub
İraq parlamentinin iki üzvü Əlməyadin telekanalı ilə müsahibədə deyib ki, Amerika İraqın suverenliyini pozubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2020 05:44 Asia/Baku
  • Amerika İraqın suverenliyini pozub
    Amerika İraqın suverenliyini pozub

İraq parlamentinin iki üzvü Əlməyadin telekanalı ilə müsahibədə deyib ki, Amerika İraqın suverenliyini pozubdur.

İraq demokratik hüquq koalisiyasının sədri Əli Əl-Rəfii deyib ki, Amerikanın İraqın xalq səfərbər qüvvələrinə qarşı təcavüzkar hərəkətləri 2019-cu ili qanlı sonluqla üzləşdirdi. O, qeyd edib ki, Amerika səfirliyi ətrafında keçirilən aksiya ABŞ-ın İraqın xalq səfərbər qüvvələrinə qarşı təcavüzkarlığına cavab idi.

Əl-Rəfii sonra deyib: Ərəb ölkələrinin Amerikanın bu təcavüzkar hərəkətini pisləməmələrindən təəccüblənmədik, zira onlar heç bir mərhələdə İraqın yanında olmayıblar.

İraq parlamentinin üzvü Nəim Əl-Əbudi isə deyib ki, Amerikanın böhrana son qoymaq fikri yoxdur və böhranı idarə etmək niyyətindədir.

O, əlavə edib: Amerikanın İraqın suverenliyini pozması bir anda baş verəcək bir məsələ deyildir. Amerika İraqın suverenliyinin pozulması sahəsində böyük keçmişə malikdir. İraqın xalq səfərbər qüvvələri mərkəzlərinin hədəfə alınması son vaxtlar edilən bir iş deyil. Biz bundan öncə də onun şahidi olmuşuq.