Yan 05, 2020 09:22 Asia/Baku
  • Nəcəfdə əzəmətli vidalaşma mərasimi keçirilib
    Nəcəfdə əzəmətli vidalaşma mərasimi keçirilib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisin pak cənazələri ilə vidalaşma mərasimi dünən gecə İraq xalqının geniş iştirakı ilə Nəcəfi-Əşrəf şəhərində keçirilib.

İraq xalqı dünən gecə geniş şəkildə bu vidalaşma mərasimində iştirak ediblər.

Vidalaşma mərasimində İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Seyyid Əli Sistaninin oğlu Muhəmməd Rza Sistani və "Əsaib Əhlulhəqq" hərəkatının baş katibi Qeys Xəzəli iştirak ediblər.

Şəhidlər Qasem Soleymaninin və Əbu Məhdi Əlmuhəndisin cənazələri ilə vidalaşma mərasimi dünən səhər İraq xalqının geniş iştirakı ilə öncə Kazimeyn şəhərində, sonra isə Bağdad və Kərbəla şəhərlərində keçirilib. Mərasim iştirakçıları anti-Amerika şüarları verərək, bu şəhidlərin qanlarının intiqamının alınmasını, həmçinin amerikaı qəsbkarların İraqdan qovulmalarını tələb ediblər.

Teqlər