N.Barizani İnqilab Rəhbərinə başsağlığı göndərib
Yan 07, 2020 10:23 Asia/Baku
-
N.Barizani İnqilab Rəhbərinə başsağlığı göndərib
İraqın Kürdüstan iqliminin başçısı Neçirvan Barizani İslam İnqilabının Böyük Rəhbərinə müraciətdə Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Hacı Qasem Soleymaninin şəhadəti münasibətilə başsağlığ verib.
Neçirvan Barizani bu müraciətdə vurğulayıb ki, general Soleymani diktatura ilə savaş cəbhəsində İraq xalqının dostlarından, İŞİD terror qrupu ilə mübarizədə də iraqlıların himayədarı və səngər yoldaşı olubdur. O, deyib: İraqın və Kürdüstan iqliminin məsul şəxsləri həmişə bu böyük sərkərdənin zəhmətlərini yüksək qiymətləndirirlər.