ABŞ İraq Kürdüstanında bütün neft fəaliyyətlərini dayandırır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355535-abŞ_İraq_kürdüstanında_bütün_neft_fəaliyyətlərini_dayandırır
Vaşinqton-Bağdad münasibətlərində yaranan gərginliklərin fonunda ABŞ-ın Şevron neft şirkəti öz işçilərini İraq Kürdüstanından təxliyə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2020 12:30 Asia/Baku
  • ABŞ İraq Kürdüstanında bütün neft fəaliyyətlərini dayandırır
    ABŞ İraq Kürdüstanında bütün neft fəaliyyətlərini dayandırır

Vaşinqton-Bağdad münasibətlərində yaranan gərginliklərin fonunda ABŞ-ın Şevron neft şirkəti öz işçilərini İraq Kürdüstanından təxliyə edir.

Röyters-in məlumatına əsasən, ABŞ-ın Şevron neft şirkəti yanvarın 6-da bildirib ki, ehtiyat tədbirləri çərçivəsində öz podratçıları və işçilərini İraq Kürdüstanı bölgəsindən çıxaracaq.

Şirkət ABŞ qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı və İraqın Həşdüş-Şəbi təşkilatının komadan müavinini terror etməsi ilə törətdiyi cinayətdən sonra bu qərara gəlib.

İraq parlamenti yanvarın 5-də ABŞ qüvvələrinin bu ölkədən çıxarılması ilə bağlı qərar çıxarıb.