Bağdadın Əlxəzra bölgəsinə bir neçə raket düşüb
Yan 09, 2020 04:55 Asia/Baku
Medialar bu gün səhər tezdən Bağdadın Əlxəzra bölgəsinə bir neçə raketin atılmasından xəbər veriblər.
Bu medialar bildiriblər ki, Bağdadın Əlxəzra bölgəsində təhlükə siqnalları səsləndirilib.
Əlməyadin telekanalı bildirib ki, bu bölgəyə azı iki raket atılıbdır.
Hələ bu xəbərlə bağlı artıq təfərrüat verilməyibdir.
Bağdadın Əlxəzra bölgəsi qorunan bir zonadır. Hökumət idarələri və xarici ölkələrin səfirlikləri orada yerləşirlər.