Onlarla səud muzdlusu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355698-onlarla_səud_muzdlusu_öldürülüb
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin bu ölkənin şimal-qərbində yeləşən Həccə və Ərəbistanın cənubunda yerləşən Cizan cəbhələrində keçirdikləri artilleriya əməliyyatında onlarla səud muzdlusu öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2020 09:45 Asia/Baku
  • Onlarla səud muzdlusu öldürülüb
    Onlarla səud muzdlusu öldürülüb

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin bu ölkənin şimal-qərbində yeləşən Həccə və Ərəbistanın cənubunda yerləşən Cizan cəbhələrində keçirdikləri artilleriya əməliyyatında onlarla səud muzdlusu öldürülüb.

Bu xəbəri verən Yəmənin Əlməsirə telekanalı bildirib ki, Yəmənin ordusu və xalq komitələri qüvvələrinin artilleriya bölməsi Cizanda yerləşən “Cəbəl Əlnar” bölgəsində, eləcə də Həccə əyalətində yerləşən Heyran bölgəsində səud muzdurlarının toplaşma mərkəzlərini hədəfə alıblar.

Bu əməliyyatda onlarla səud muzdlusu ölüb və yaralanıb.

Yəmənin müdafiə naziri general-mayor Muhəmməd Nasir Əlatifi son zamanlar vurğulamışdı ki, cəhənnəmin qapıları təcavüzkarların üzünə açılıbdır.

Ərəbistan/ ABŞ-ın, Birləşmiş Ərəb Əmirliklərinin və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi nəticəsində indiyədək on altı mindən çox yəmənli qətlə yetirilib, on minlərlə insan yaralanıb, milyonlarla yəmənli də didərgin düşübdür.

Səudiyyə Ərəbistanının hərbi təcavüzü həm də yoxsul Yəmən xalqını ağır qida və dərman qıtlığı ilə üzləşdiribdir.

Səudiyyə rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, bu günə qədər bu ölkədəki məqsədlərinə çata bilməyiblər.