Netanyahunun korrupsiyasına etiraz əlaməti olaraq sionist rejimin maliyyə naziri istefa verib
-
Netanyahunun korrupsiyasına etiraz əlaməti olaraq sionist rejimin maliyyə naziri istefa verib
Sionist rejimin maliyyə naziri bu rejimin baş nazirinin korrupsiyasına etiraz əlaməti olaraq öz vəzifəsindən istefa verib.
İRİB-in verdiyi məlumata görə, İsrailin Maliyyə Naziri Moşe Kahlon deyib ki, o başçısının cinayət əməllərində ittiham edildiyi bir kabinetdə artıq fəaliyyətini davam etdirmək istəmir.
Sionist rejim baş naziri Benyamin Netanyahu son vaxtlar ona qarşı cinayət ittihamlarına görə, özünün səhiyyə, sosial təminat, kənd təsərrüfatı və xaricdə yaşayan yəhudilərin işi üzrə vəzifələrdən istefa verdi.
Beləliklə 2 mart seçkilərində Moşe Kahlonun adı Likud Partiyasının siyahisində olmayacaq.
Sionist rejimin kanal 12 televiziyası da dünən gecə bu rejimin xarici işlər naziri İsrail Katzın Dubaya səfərinin ləğv edilməsindən xəbər verib.
Katz son 20 ildə ilk dəfə olaraq BƏƏ rəsmiləri ilə görüşmək üçün Dubaya gedəcəkdi amma sionist rejimin təhlükəsizlik adamlarının tövsiyyəsi ilə bu səfər ləğv edilib.