Beyrutda general Süleymaniyə əzadarlıq mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355888-beyrutda_general_süleymaniyə_əzadarlıq_mərasimi_keçirilib
Beyrutda yerləşən Bürc Əl-Bəracenə fələstinli didərginlər düşərgəsinin sakinləri general Qasim Süleymani, Əbu Mehdi Əl-Mühəndis və onların silahdaşlarının xatirəsini yad etmək, həmçinin, İranı ABŞ-ın İraqdakı bazalarına raket zərbələri endirməsi münasibətilə təbrik etmək üçün Səbra, Şətila və Mar Elyas düşərgələrindən gələn heyətlərin iştirakı ilə anım mərasimi keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2020 12:55 Asia/Baku
  • Beyrutda general Süleymaniyə əzadarlıq mərasimi keçirilib
    Beyrutda general Süleymaniyə əzadarlıq mərasimi keçirilib

Beyrutda yerləşən Bürc Əl-Bəracenə fələstinli didərginlər düşərgəsinin sakinləri general Qasim Süleymani, Əbu Mehdi Əl-Mühəndis və onların silahdaşlarının xatirəsini yad etmək, həmçinin, İranı ABŞ-ın İraqdakı bazalarına raket zərbələri endirməsi münasibətilə təbrik etmək üçün Səbra, Şətila və Mar Elyas düşərgələrindən gələn heyətlərin iştirakı ilə anım mərasimi keçiriblər.

Mərasim iştirakçıları Fələstini himayə edənlərin ortaq taleyinin şəhadət olduğunu vurğulayıblər.

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin komandandirlərindən olan Əbu Kəffah Qazi anım mərasimində çıxış edərək deyib: "ABŞ və Sionist rejimin kinli təcavüzkarlıqlarının qurbanı olmuş bu şəhidlər müqavimət mehvərinin şəhidləridirlər".

Fələstinə Qayıdış üçün Beynəlxalq Kampaniyanın baş katibi Şeyx Məhəmməd Yasirci isə deyib: "Bürcəl-Bəracenə düşərgəsi sakinlərinin Məscidül-Əqsa və Fələstin uğrunda qanı axıdılan şəhidlərin məqamını uca tutmaq üçün etdikləri bu hərəkət nəcə də gözəldir".

Beyrut Düşərgələrinin Xalq Komitələrinin nümayəndəsi Adil Səmarə də öz çıxışında deyib: "Fələstin milləti uğrunda çalışmış şəhidlərə sadiq qalmalıyıq. Bütün fikri- zikri Fələstin olan mərd insanlara sadiq qalmalıyıq." 

Mərasim iştirakçıları həmçinin qeyd ediblər ki, şəhidlərin axıdılan qanları bir daha Fələstin amallarına və onun işğalçı rejimdən azad olunmasına diqqət etməyin vacibliyini göstərir.

Mərasimin davamında İslami Cihad Hərəkatının komandirlərindən olan Məhfuz Münəvvər nitq söyləyib. O bəyan edib ki, bu Fələstin xalqının onun uğrunda şəhid olan general Süleymani və Əbu Mehdi Əl-Mühndisə eyni sədaqətidir. Əgər fələstinlilər Süleymaninin təyin etdiyi yola sadiq qalarsa, o şəhidin həyatında etmək istədiyi işləri yerinə yetirə yetirmək mümkün olacaqdır. 

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin bildiriş bölümünün məsul şəxsi Həmzə Əl-Bəştavi də belə deyib: "Bir daha düşərgə sakinləri və bütün dünya azadlıqsevərləri şəhid Qasim Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin onlar üçün planlaşdırdığı şəhadət və qələbə yolunda qərarlaşdılar".

Bu şəhid komandanlar öz şəhadətləri ilə bütün dünya azadlıqsevərlərinin fəxrinə çevriliblər, xüsusiələ də işğalçı amerikan-sionist rejimin bütün ərəb və islam ölkələrindən xüsusilə Fələstindən çıxarılması üçün yol xəritəsi hazırlamışlar.