Bağdadın şimalında yerləşən Əltaci bazasına qarşı raket hücumu edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356026-bağdadın_şimalında_yerləşən_Əltaci_bazasına_qarşı_raket_hücumu_edilib
İraq mediaları dünən gecə Amerikanın terrorçu qüvvələrindən bir qrupunun yerləşdiyi Əltaci hərbi bazasına tərəf iki raketin atılmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2020 09:04 Asia/Baku
  • Bağdadın şimalında yerləşən Əltaci bazasına qarşı raket hücumu edilib
    Bağdadın şimalında yerləşən Əltaci bazasına qarşı raket hücumu edilib

İraq mediaları dünən gecə Amerikanın terrorçu qüvvələrindən bir qrupunun yerləşdiyi Əltaci hərbi bazasına tərəf iki raketin atılmasından xəbər veriblər.

Bu raket hücumunda Əltaci bazasının giriş hissəsi hədəfə alınıb.

İraq medialarıın bildirdiklərinə görə, həmin raket hücumunda tələfat olmayıb.

Əltaci bazası Bağdadın şimalında yerləşir.

Ötən cümə axşamı günü də bir raket ABŞ qüvvələrinin Bağdadın şimalından 60 kilometr aralıda yerləşən Əlbələd bazasının yaxınlığına düşmüşdü.

Amerika son illər ərzində dəfələrlə bu iki bazadan istifadə edibdir.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant Hacı Qasem Soleymaninin və İraqın Xalq Səfərbər Qüvvələri- Həşduşşəbi-nin rəis müavini Əbu Məhdi Əlmuhəndisin Amerikanın terrorçu hökuməti tərəfindən Bağdad hava limanının yaxınlığında namərdcəsinə terror edilmələrindən sonra İraq parlamentinin üzvləri yanvarın beşində amerikalı hərbçilərin bu ölkə ərazisindən qovulmaları barədə bir layihə qəbul etdilər.