1312 suriyalı didərgin öz ölkəsinə geri dönüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356029-1312_suriyalı_didərgin_öz_ölkəsinə_geri_dönüb
Rusiyanın Suriyadakı barışıq mərkəzi 1312 suriyalı didərginin qonşu ölkələrdən öz ölkəsinə geri döndüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2020 09:39 Asia/Baku
  • 1312 suriyalı didərgin öz ölkəsinə geri dönüb
    1312 suriyalı didərgin öz ölkəsinə geri dönüb

Rusiyanın Suriyadakı barışıq mərkəzi 1312 suriyalı didərginin qonşu ölkələrdən öz ölkəsinə geri döndüyünü bildirib.

Bu mərkəz dünən axşam bir bəyanatda bildirib ki, ötən sutka ərzində Livandan 205, İordaniyadan isə 1107 didərgin Suriyaya daxil olub.

Bəyanatda qeyd olunubdur ki, 2018-ci ilin 18 iyulundan bəri 480 min suriyalı didərgin qonşu ölkələrdən öz ölkəsinə daxil olub.

Suriya ordusunun terrorçuları məğlub və bu ölkədə nisbi təhlükəsizlik bərqərar etmək sahəsindəki uğuru ilə, suriyalı didərginlər öz mənzillərinə geri dönməkdədirlər.

Suriyada böhran 2011-ci ildə, Ərəbistan, ABŞ və onların müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumları ilə başlandı. Məqsəd, region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək idi. Bu böhran nəticəsində milyonlarla suriyalı didərgin düşübdür.