Sionist rejim ordusu öz qırıcılarının qərq olmaları xəbərini senzura edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356046-sionist_rejim_ordusu_öz_qırıcılarının_qərq_olmaları_xəbərini_senzura_edib
Sionist rejim beş gün gizlinlikdən sonra nəhayət bu rejim ordusunun F-16 tipli səkkiz qırıcısının yağıntılar nəticəsində batması xəbərini elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2020 16:00 Asia/Baku
  • Sionist rejim ordusu öz qırıcılarının qərq olmaları xəbərini senzura edib
    Sionist rejim ordusu öz qırıcılarının qərq olmaları xəbərini senzura edib

Sionist rejim beş gün gizlinlikdən sonra nəhayət bu rejim ordusunun F-16 tipli səkkiz qırıcısının yağıntılar nəticəsində batması xəbərini elan edib.

Güclü leysan yağışları sionist rejimin "Hatsur" hava bazasında daşqının yaranmasına bais olub və bu rejimin səkkiz ədəd F-16 qırıcısını fəaliyyətdən dayandırıb.

Sionist rejim bu xəbəri beş gün gizlətdikdən sonra onun mediyaya çıxarılmasına icazə verib.

Daşqın sionist rejimin "Hatsur" aviabazasının fəaliyyətinin bir neçə gün müddətinə tamamilə dayanmasına səbəb olub.