Səud muzdurlarının tələfatı artıb
-
Səud muzdurlarının tələfatı artıb
Yəmənin ordusu və xalq komitələrinin səud koalisiyası muzdurlarının Marəb əyalətindəki mövqelərinə qarşı raket hücumunda 220 nəfər ölüb və yaralanıb.
Skay-Nyus telekanalı xəbər verib ki, Yəmənin ordusu və xalq komitələrinin raket əməliyyatında indiyədək 90 səud muzduru ölüb, 130 nəfər də yaralanıbdır.
Əlcəzirə informasiya kanalı da yerli mənbələrə istinadla xəbər veribdir ki, bu əməliyyatda Marib şəhərinin şimalında Yəmənin istefa vermiş hökumətindəki hərbçilərin tabeliyində olan kazarma hədəfə alınıb.
Bu məlumata görə, tələfatın sayının artması ehtimalı var.
Marib Yəmənin paytaxtı Sənanın şimal-şərqində yerləşir.
Döyüşlərin dayandırılması üçün səud koalisiyası və onların Yəməndəki müttəfiqlərindən münasib cavab almayan Yəmənin ordusu və xalq komitələri təcavüzkar koalisiyanın amansız hücumlarına cavab olaraq, bir daha bu ölkənin istefa vermiş hökumətinin hərbçilərinin mövqelərini hədəfə alıblar.