Netanyahunun ölkələrin sionist rejimlə əlaqələri barədəki iddiası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356406-netanyahunun_ölkələrin_sionist_rejimlə_əlaqələri_barədəki_iddiası
Sionist rejimin baş naziri iddia edib ki, bu rejimlə münasibət qurmaq istəməyən ölkələrin sayı bir əlin barmaqlarından çox deyildir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2020 09:57 Asia/Baku
  • Netanyahunun ölkələrin sionist rejimlə əlaqələri barədəki iddiası
    Netanyahunun ölkələrin sionist rejimlə əlaqələri barədəki iddiası

Sionist rejimin baş naziri iddia edib ki, bu rejimlə münasibət qurmaq istəməyən ölkələrin sayı bir əlin barmaqlarından çox deyildir.

Benyamin Netanyahu dünən gecə bu rejimin xarici işlər nazirliyinin saytında yerləşdirdiyi tvitt-də sonra belə qeyd edib: Biz elə ölkələrlə əlaqə saxlayırıq ki, keçmişdə hətta onlarla həmkarlıq röyasını belə, görmürdük. Amma hazırda onların bir çoxu bizimlə əməkdaşlıq edir.

İlk dəfə deyildir ki, Netanyahu ərəb-sionist rejim münasibətlərini təbliğ edir. Lakin Amerika prezidenti Donald Trampın hakimiyyətə gəldiyi gündən bəri sionist rejim Ağ Ev-in himayəsilə Bəhreyn və Ərəbistan daxil olmaqla bəzi ərəb hökumətlərilə gizli münasibətlər qurubdur. Bununla belə, ərəb ölkələri arasında yalnız Misir və İordaniya sionist rejimlə aşkar əlaqələrə malikdirlər.

Bu iki ölkə xalqlarının müxtəlif təbəqələri də Qüdsü işğal etmiş rejimlə əlaqələrlə kəskin tərzdə müxalifdirlər.