ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına raket hücumu edilib
Yan 21, 2020 09:58 Asia/Baku
-
ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına raket hücumu edilib
İnformasiya mənbələri Bağdadın yaşıl bölgəsinə, ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına bir neçə raketin atılmasından xəbər veriblər.
Bu hücum Amerika səfirliyində təhlükə siqnalının səslənməsinə səbəb olubdur.
Qərbin informasiya mənbələri atılmış raketlərin sayını iki və ya üç ədəd elan ediblər.
Bu raket hücumunda indiyədək tələfat olmayıbdır.
Təhlükəsizlik qüvvələri həmin hücum barədə təhqiqat aparmaqdadırlar.
Bağdadın yaşıl bölgəsi bir təhlükəsizlik bölgəsidir. Orada İraqın idarə və xarici səfirliklərin binaları yerləşir.