Uşaqlar, terrorçuların Hələbə hücumlarının qurbanları
-
Uşaqlar, terrorçuların Hələbə hücumlarının qurbanları
Suriya vətəndaşları, xüsusən uşaqlar terror qruplarının Hələb şəhərindəki yaşayış massivlərinə qarşı mərmi hücumlarının əsas qurbanlarıdırlar.
Terrorçular yenə də qərb tərəfdən Hələb şəhərinin sakinlərini hədəfə aldılar. Bu dəfə yeni Hələb yaşayış massivinə qarşı mərmi hücumunda üç nəfər şəhid olub, bir neçə nəfər də yaralanıbdır.
M.K- Ümid edirəm ki, ordu və dostlar burada törədilmiş cinayətlərə möhkəm cavab verəcəklər.
Başsağlığı vermək üçün gəliblər. Bu gün qızını itirmiş bir ataya başsağlığı vermək üçün...
M.K- Allah bütün şəhidlərə rəhmət eləsin. Mənim yalnız iki qızım var idi; onların biri şəhid olub, digəri isə yaralanıbdır.
Qarışıq fikri, xəstəxanadakı yaralı qızının yanındadır.
M.Q- Bacımla qayıdırdıq ki, yaxınlığımıza bir mərmi düşdü. Bacım şəhid oldu, mən isə yaralandım.
Burada ana, Ruqəyyənin başının üstündədir.
M.Q- İki qızım məscidə, Quran kursuna getmişdi. Gecikdiklərinə görə, nigaran idim. İnşaallah, Allah-Taala intiqamlarını alsın!
Bu həftə çoxmilliyyətli terrorçuların mərmi hücumlarının qurbanları olan qızların sayı az deyildi.
Hərçənd müqavimət terror hücumlarına cavab olaraq, onların toplaşdıqları məkanın bir neçə nöqtəsini hədəfə aldı, amma Ruqiyyə xanım kimilərin vəziyyəti terrorçuların İdlib vilayətindən, həmçinin Hələbin qərb ətrafından təmizlənmələrindən sonra yaxşılaşacaqdır.