Suriya ordusu İdlibin cənubunda irəliləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356607-suriya_ordusu_İdlibin_cənubunda_irəliləyir
Suriya ordusu cümə günü yanvarın 24-də bu ölkənin şimalında yerləşən İdlib vilayətində irəliləməsinin davamında Əbuhərif və Əl-Səməkə bölgələrini terrorçuların işğalından azad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2020 06:12 Asia/Baku
  • Suriya ordusu İdlibin cənubunda irəliləyir
    Suriya ordusu İdlibin cənubunda irəliləyir

Suriya ordusu cümə günü yanvarın 24-də bu ölkənin şimalında yerləşən İdlib vilayətində irəliləməsinin davamında Əbuhərif və Əl-Səməkə bölgələrini terrorçuların işğalından azad edib.

"Pars Today" Xəbər Agentliyinin Suriya KİV-lərinə istinadən məlumatına görə, sözü gedən bölgələrin azad edilməsi əməliyyatında azı 30 terrorçu öldürülüb.

Suriya ordusu ötən günlər ərzində də İdlib vilayətinin cənub bölgələrindən bir neçəsini terrorçulardan təmizləməyə müvəffəq olub.

İdlib vilayəti Suriyada terrorçuların son düşərgəsidir.

Suriyada böhran 2011-ci ildən Səudiyə Ərəbistanı, ABŞ və onların müttəfiqlərinin region parametrlərini Sionist rejimin xeyrinə dəyişmək məqsədilə dəstəklədikləri terrorçuların bu ölkəyə geniş hücumu ilə başlayıb.