Yəməndə epidemik xəstəliklər geniş yayılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356630-yəməndə_epidemik_xəstəliklər_geniş_yayılıb
Yəmənin səhiyyə naziri bu ölkənin qərbinə təcavüzkar Səud koalisiyaının qadağan edilmiş və kimyəvi silahlardan istifadə etməsi nəticəsində epidemik xəstəliklərin yayıldığını xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2020 18:01 Asia/Baku
  • Yəməndə epidemik xəstəliklər geniş yayılıb
    Yəməndə epidemik xəstəliklər geniş yayılıb

Yəmənin səhiyyə naziri bu ölkənin qərbinə təcavüzkar Səud koalisiyaının qadağan edilmiş və kimyəvi silahlardan istifadə etməsi nəticəsində epidemik xəstəliklərin yayıldığını xəbər verib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Yəmənin səhiyyə naziri Taha Əl-Mütəvəkkil bu ölkənin qərbində yerləşən Əl-Hədidə vilayətinin acınacaqlı insani durumuna işarə edərək, Səud təcavüzkarları tərəfindən səhiyyə mərkəzlərinin bombalanmasını, kommunal su xətlərinin hədəfə alınmasını bu bölgədə epidemik xəstəliklərin yayılmasının digər amilləri adlandırıb.

 Səud rejiminin Yəmənə tacavüzü nəticəsində yaranan bütün fəsadlara görə məsuliyyət daşıdığını deyən T.Əl-Mütəvəkkil beynəlxalq təşkilatları epidemik xəstəliklərin yayılmasının qarşısını almaq üşün təcavüzkar Səud koalisiyasının qadağan edilmiş və kimyəvi silahlardan istifadə etməsinə mane olmağa çağırıb.