Fələstinli gənclər Trampın şəklini yandırıblar
-
Fələstinli gənclər Trampın şəklini yandırıblar
Fələstinli gənclər Amerikanın "əsrin sövdələşməsi" adlı anti-Fələstin planının təqdimat zamanınının yaxınlaşması ilə ABŞ prezidenti Donald Trampın şəklini yandırıblar.
Fələstinli gənclər dünən gecə İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhmdə aksiya keçirərək, Trampın şəklini yandırıblar.
Sionist rejim məhbəslərindən daxil olan məlumatlara görə, Trampın qərarından xəbər tutan fələstinli əsirlər bütün Fələstin xalqından istəyiblər ki, Amerikanın planı ilə mübarizə aparmaq üçün küçələrə çıxaraq, onu pisləsinlər.
Amerika hökuməti tərəfindən təqdim edilmiş "əsrin sövdələşməsi" planı Qüdsün və İordan çayının qərb sahilində yerləşən bütün qəsəbələrin sionist rejimə əlavə edilməsinə və fələstinli didərginlərin qayıdış haqqına göz yumulmasına şamil olur.
Amerikanın "əsrin sövdələşməsi" planına əsasən, Qudsi-Şərif sionist rejimə təhvil veriləcək; digər ölkələrdəki fələstinli qaçqınların geri qayıtmaq hüququ olmayacaq və Fələstin yalnız Qərb sahilində və Qəzzə zolağında qalan torpaqlara malik olacaq.