Sionist rejim bir daha Qəzzəyə hücum edib
-
Sionist rejim bir daha Qəzzəyə hücum edib
İnformasiya mənbələri sionist rejimin Qəzzə zolağının cənubuna qarşı hava hücumundan xəbər veriblər.
Bu mənbələr bildiriblər ki, sionist rejimin qırıcıları və vertolyotları Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin qərbini bir neçə dəfə hədəfə alıblar.
İnformasiya mənbələrinin bildirdiklərinə görə, sionist rejimin qırıcıları və vertolyotlarının Qəzzənin üzərində uçuşları davam edir.
Sionist rejim ordusu iddia edibdir ki, bu hücum Qəzzə zolağından işğal olunmuş ərazilərə tərəf üç ədəd raketin atılmasına cavab olaraq edilibdir.
Çərşənbə günü gecə də Qəzzə zolağının mərkəzi və cənubu sionist rejimin hava hücumu hədəfinə çevrilmişdi.
Sionist rejimin Qəzzə zolağına qarşı hücumları elə bir halda həyata keçirilir ki, bu zolaq ABŞ prezidenti Donald Trampın "əsrin sövdələşməsi"ni təqdim etdiyi çərşənbə axşamı günündən bəri geniş etirazların şahididir.