Livan Hizbullahı: "ABŞ Yaxın Şərqdən çıxarılmalıdır"
-
Livan Hizbullahı: "ABŞ Yaxın Şərqdən çıxarılmalıdır"
"Əsrin sövdələşməsi" planını təhlükəli adlandıran Livan Hizbullahının baş katibi deyib: "ABŞ Yaxın Şərqdən qovulmalıdır"
İRNA-nın şənbə gününə olan məlumatına əsasən, Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim "əsrin sövdələşməsi" planının təqdim edilməsindən məqsədin Fələstin mövcudiyyətinə son qoymaq və İsrail rejimini legitimləşdirmək olduğunu vurğulayıb.
Şeyx Nəim Qasim deyib: "ABŞ-ın Yaxın Şərqdə olduğu müddətdə bu regionda gərginlik və qeyi-sabitlik hökm sürəcəkdir".
ABŞ prezidenti Donald Tramp yanvarın 28-də Ağ Evdə Sionist rejimin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında özünün "əsrin sövdələşməsi" planını elan etdi.
Qüdsün Sionist rejimin paytaxtı olmasının rəsmən tanınması, İordan Vadisinin 30 faizinin İsrailə verilməsi, fələstinli qaçqınların öz ölkələrinə geri qayıtmaq hüquqlarınnın tanınmaması və Fələstinin tam tərksilah edilməsi bu biabırçı planın əsas müddəalarıdır.
Fələstində bütün hərəkat və qurumlar, eləcə də bəzi İslam ölkələrinin siyasi xadimləri "əsrin sövdələşməsi" planına qarşı çıxıblar.
Fələstinin müxtəlif şəhərləri; o cümlədən Qəzzə Və İordan Çayının Qərb Sahili Trampın bu hərəkətinə reaksiya olaraq, geniş aksiyların şahididir.