Xan Tumanda terrorçuların qara günü başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356978-xan_tumanda_terrorçuların_qara_günü_başlayıb
Suriya ordusu qüvvələri və onun müttəfiqləri terrorçu qruplaşma ilə şiddətli döyüşlərdən sonra uğurlu bir əməliyyat həyata keçirərək, bu ölkənin Hələb vilayətində yerləşən Xan Tuman qəsəbəsinə daxil olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2020 13:11 Asia/Baku
  • Xan Tumanda terrorçuların qara günü başlayıb
    Xan Tumanda terrorçuların qara günü başlayıb

Suriya ordusu qüvvələri və onun müttəfiqləri terrorçu qruplaşma ilə şiddətli döyüşlərdən sonra uğurlu bir əməliyyat həyata keçirərək, bu ölkənin Hələb vilayətində yerləşən Xan Tuman qəsəbəsinə daxil olublar.

Hələbin yaxınlığında yerləşən və illərlə Hələb sakinlərinin terrorçular tərəfindən hədəfə alındığı bölgə olan Raşidin hazırda Suriya milli ordusu qüvvələrinin ağır atəşi altındadır və terrorçuların qara günü başlayıb.

M.M: " Ordu günahsız insanların qanının qisasını almaq üçün Raşidinə daxil oldu. Bu qəsəbənin terrorçulardan təmizlənməsi Hələbin təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcəkdir".

Xan Tumanın ətrafındakı və Raşidinin 5 kilometrliyində yerləşən qəsəbələrdə toqquşmalar davam edir və təkfirçilər hələ də müqavimətin son günlərdəki əməliyyatının şokunu yaşayırlar.

M.M: "Ordu və xalq qüvvələrinin irəliləmsi o qədər qəfildən oldu ki, təkfirçiləri çaşdırıb və həqiqətən bir neçə saat ərzində dağılmalarına səbəb oldu.

Vəziyyətləri əks-hücumlarından tam aydındır. Onların irəliləməsi 17 terrorçunun müqavimət qüvvələrinin pusqusuna düşməsi ilə nəticələndi.

M.M: " Terrorçular buranı işğal etdikləri 4 il müddətində güman edirdilər ki, burada əbədi qalacaqlar, lakin indi onlar bizim ölkəni tərk etməlidirlər.

Həmçinin, Xalidiyyə qəsəbəsinin azad edilməsi əməliyyatında terrorçulardan bir neçəsi öldü.

Bu qruplaşma Xan Tumanı müqavimət qüvvələrinin qətligahına çevirəcəklərini vəd etmişdilər, amma müqavimət düyüşçulərinin iradəsi qarşısında 3 saatdan artıq dözə bilmədilər və hazırda onların tör-töküntüləri Xan Tumanın ətrafinda müqavimət mehvərinin təqibinə məruz qalıblar.