Quterreş Suriyada artan gərginliklərdən narahatdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357020-quterreş_suriyada_artan_gərginliklərdən_narahatdır
BMT-nin baş katibi Suriyanın şimal-qərbindəki hərbi gərginliyin artmasından narahatlıq ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2020 10:24 Asia/Baku
  • Quterreş Suriyada artan gərginliklərdən narahatdır
    Quterreş Suriyada artan gərginliklərdən narahatdır

BMT-nin baş katibi Suriyanın şimal-qərbindəki hərbi gərginliyin artmasından narahatlıq ifadə edib.

Frans Press Xəbər Agentliyinin məlumatına görə, BMT-nin mətbuat katibi Stefan Dujarrik şənbə günü fevralın 1-də bir bəyanatda deyib: "BMT-nin baş katibi Antonio Quterreş Suriyanın şimal-qərbindəki hərbi gərginliklərin artmasından narahatdır və bu bölgədəki toqquşmaların dərhal dayandırılmasına çağırır".

Bəyanatda deyilir: "Antonio Quterreş mülki şəxslərə və infrastrukturlara qarşı hücumları qəbuledilməz hesab edir".

Suriyanın şimalındakı Hələb vilayətinin cənub və qərb ətrafında yerləşən terrorçular vaxtaşırı Hələb şəhərinin yaşayış massivlərinə, kəndlərə və onun ətrafındakı qəsəbələrə hücum edirlər ki, indiyə kimi mülkilərin bir çoxunun ölümü və ya yaralanması ilə nəticələnib.

Suriya Milli Ordusu son günlərdə Hələb vilayətinin cənub-şərq və ətraf bölgələrini terrorçuların işğalından azad edibdir.