Fələstin torpaqlarında İsrailin yeri yoxdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357084-fələstin_torpaqlarında_İsrailin_yeri_yoxdur
Livan Hizbullahının baş katibinin müavini deyib: Fələstin torpaqlarında İsrailin yeri yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2020 05:39 Asia/Baku
  • Fələstin torpaqlarında İsrailin yeri yoxdur
    Fələstin torpaqlarında İsrailin yeri yoxdur

Livan Hizbullahının baş katibinin müavini deyib: Fələstin torpaqlarında İsrailin yeri yoxdur.

Şeyx Nəim Qasim:Beyrutun cənubi Zahiyəsində bir mərasimdə etdiyi çıxışında öncədən məğlubiyyətə uğramış "əsrin sövdələşməsi" planına toxunaraq deyib: bu amerikan-sionist plan batil plandır. Tramp bu nəhs planı Amerikanın qarşıdan gələn prezident seçkilərinə eləcə də işğal olunmuş Fələstində netanyahunu gücləndirməyə görə istəyirdi. 

Livan Hizbullahının baş katibinin müavini deyib: Trampa deyirik ki, Fələstin xalqının və region xalqlarının müqaviməti bu sövdələşmənin reallaşmasına və İsrailin işğalçılığının qanuniləşdirilməsinə imkan verməyəcək.

Qəzzədə Milli Təşəbbüs qruplarının rəhbərləri, siyasi elita, xalq cəmiyyətərinin nümayəndələri və müxtəlif birliklərdən ibarət  minlərlə adamın iştirakı ilə "məhv olsun əsrin sövdələşməsi" adı altında xalq mitinqi keçirilib. Qəzzə əhalisi bu mitinqin sonunda bir bəyanatda müqavimətin davam edəcəyini vurğulayıb. 

Livanda da yüzlərlə livanlı və bu ölkədə yaşayan fələstinli Amerikanın Beyrutdakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək ABŞ prezidenti Donald Trampın "əsrin sövdələşməsi" planını pisləyiblər və Amerika və İsrail bayraqlarını yandırıblar. 

ŞEYX NƏİM QASİM: FƏLƏSTİN TORPAQLARINDA İSRAİLİN YERİ YOXDUR