Terrorçular İdlibdə kimyəvi hücuma hazırlaşırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357143-terrorçular_İdlibdə_kimyəvi_hücuma_hazırlaşırlar
Rusiyanın müdafiə nazirliyi dünən terrorçuların Suriyanın şimalında yerləşən İdlib vilayətində yeni bir kimyəvi hücum həyata keçirəcəklərini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2020 05:55 Asia/Baku
  • Terrorçular İdlibdə kimyəvi hücuma hazırlaşırlar
    Terrorçular İdlibdə kimyəvi hücuma hazırlaşırlar

Rusiyanın müdafiə nazirliyi dünən terrorçuların Suriyanın şimalında yerləşən İdlib vilayətində yeni bir kimyəvi hücum həyata keçirəcəklərini bildirib.

Rusiyanın müdafiə nazirliyi bildirib ki, "ağpapaqlılar" adlı terror qrupunun 15 üzvü fevralın birində kimyəvi maddələrlə İdlib vilayətinə daxil olub. Onlar yeni təhrikedici hərəkətlər etmək niyyətindədirlər.

Rusiyanın müdafiə nazirliyi qeyd edib ki, terrorçular İdlib vilayətinə təqribən 400 litr kimyəvi maddə daxil ediblər.

"Ağpapaqlılar" adlı terror qrupu 2013-cü ilin martında Amerika və İngiltərənin maliyyə köməkləri ilə Türkiyədə formalaşıbdır. Bu qrupun fəaliyyət dairəsi Suriyadakı terror qruplarının hökmranlığı altında olan bölgələr tərif edilibdir.

Terrorçular bundan öncə də İdlibdə və Suriyanın digər bölgələrində kimyəvi hücumlar həyata keçiriblər. Onlar bu hücumlarda Dəməşqi günahkar kimi təqdim etməyə can atmışdılar. Məqsədləri də bu olmuşdu ki, bu yolla Qərbin Suriyaya hərbi hücumuna bəhanə yaratmış olsunlar.