Dəməşq Türkiyə və sionist rejimin eyni vaxtda Suriyaya hücumuna reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357285-dəməşq_türkiyə_və_sionist_rejimin_eyni_vaxtda_suriyaya_hücumuna_reaksiya_verib
Suriya xarici işlər nazirliyi bildirib ki, Türkiyənin sionist rejimin təcavüzü ilə bir zamanda Suriya torpaqlarına hücumu terrorizmin himayədarlarının əsl simalarını dünya xalqlarına göstərdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2020 15:40 Asia/Baku
  • Dəməşq Türkiyə və sionist rejimin eyni vaxtda Suriyaya hücumuna reaksiya verib
    Dəməşq Türkiyə və sionist rejimin eyni vaxtda Suriyaya hücumuna reaksiya verib

Suriya xarici işlər nazirliyi bildirib ki, Türkiyənin sionist rejimin təcavüzü ilə bir zamanda Suriya torpaqlarına hücumu terrorizmin himayədarlarının əsl simalarını dünya xalqlarına göstərdi.

Suriya xarici işlər nazirliyi bu gün bir açıqlamada vurğulayıb: Türkiyənin Suriya ərazisinə qarşı son hücumu göstərir ki, Ankara və Təl-Əviv Suriya ordusunun İdlib və Həmahda irəliləməsinin qarşısının alınması və terror qruplarının himayə olunmalarında ortaq məqsəd güdürlər.

Suriyanın ordusu və silahlı qüvvələrinin baş komandanlığı da bir açıqlamada bildirib ki, bu gün səhər sionist rejimin hava təcavüzü və çətiri ilə bir zamanda Türkiyənin hərbi karvanı bir qrup zirehli avtomobil və təchizatla Suriya ərazisinə daxil oldu.