Sionist rejimin hava hücumu və Rusiya sərnişin təyyarəsinin fövqəladə enişi
-
Sionist rejimin hava hücumu və Rusiya sərnişin təyyarəsinin fövqəladə enişi
Sionist rejim qırıcılarının hücumlarının ardınca Rusiyaya məxsus sərnişin təyyarəsi bu ölkənin Laziqiyyədə yerləşən aviabazasında fövqəladə eniş etməyə məcbur olub.
Rusiyanın müdafiə nazirliyi bu gün səhər bir açıqlamada bu xəbəri yayaraq belə qeyd edib: Rusiya hava yollarına məxsus “Aerobus-320” təyyarəsi 172 sərnişinlə Dəməşq hava limanına enmək istəyirmiş ki, elə bu zaman sionist rejim qırıcıları bu şəhərdə bəzi hədəflərə hücum edirmişlər.
Rusiya müdafiə nazirliyinin sözçüsü İqor Konaşenkov bu barədə vurğulayıb: Sionist rejim qırıcılarının Dəməşqə hərbi təcavüzü və hücumuna, eləcə də Suriya ordusunun zenit raket sisteminin fəallaşmasına görə, Tehrandan Dəməşqə uçan bu sərnişin təyyarəsinin hədəfə alınması təhlükəsi var imiş.
Konaşenkov bildirib ki, sionist rejimin dörd ədəd F-16 qırıcısı yerli vaxtla cümə axşamı günü səhər saat ikidə Suriyanın hava məkanına daxil olmadan Dəməşqin ətrafına raketlər atdılar. O, deyib ki, Suriyanın hava hücumundan müdafiə qüvvələri də bu hücumlarla mübarizəyə keçdi.
İqor Konaşenkov üstüörtülü şəkildə deyib ki, sionist rejim qırıcıları bütün dünyada sərnişin təyyarələrinin uçuş kanalının məlum olmasına rəğmən və bu məsələdən məlumatlı olaraq, bu hücumu həyata keçirmişdilər.
Bu rus rəsmi sonda vurğulayıb ki, sionist rejim qırıcılarının sərnişin təyyarələrindən çətir kimi istifadə etmələri bu rejimin hava qüvvələrinin adi xüsusiyyətinə çevrilməkdədir.